Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Bəhreyn İslam Hərəkatının rəhbəri Ayətullah Şeyx İsa Qasim bəyanat yayaraq ABŞ-ın və onun Prezidenti Donald Trampın dünyanı mütləq itaətə, təslimçiliyə və tam boyunəyməyə məcbur etmək siyasətini pisləyib.
Ayətullah Qasim “Hesabül-Müqavim” tərəfindən yayımlanan bəyanatında vurğulayıb: Amerika və onun Prezidenti Tramp dinə, dəyərlərə, yüksək əxlaqa, insanlığa, həya və ədəbə — hətta zahiri şəkildə belə — aid hər hansı bir əlamətdən uzaq olaraq, açıq və hayqıran bir şəkildə öz iradə və əzmlərini bəyan edirlər. Hətta bunun ən şiddətli zülm, haqsızlıq, qətl, talan, əzab-əziyyət, hiylə, yalan və əhd-peymanların pozulması yolu ilə həyata keçirilməsindən asılı olmayaraq, onlar istəyirlər ki, dünya — zəif və güclü, adi qurumlar və ya böyük rəqiblər, tabe olan və ya müqavimət göstərən ölkələr — onlara qarşı daimi və mütləq itaəti, davamlı təslimçiliyi və onlara xidmət yolunda tam boyunəyməni qəbul etsin.
O əlavə edib: Ən alçaq çirkinliklərdən və ən ağılsız dəliliklərdən biri budur ki, bütün dünyanı özünə tabe etdirmək, əzmək və boyun əydirmək məqsədi güdən ABŞ Prezidentindən onun köləliyə boyun əyməkdən imtina edən ölkələrə qarşı sanksiyalar tətbiq etməsi, onlara qarşı mühasirənin həyata keçirilməsində və həyat yollarının kəsilməsində onunla əməkdaşlıq etməsi tələb olunur. Halbuki bu, həmin ölkələrin müstəqilliyinin məhv edilməsinə və adlarının tarixdən silinməsinə zəmin yaratmaq üçün onlarla danışan şəxslərə arxalanmaqla həyata keçirilir. Bundan böyük dəlilik yoxdur. Yalnız dünyanı məsxərəyə qoyan və insanlığı ələ salan ABŞ-ın bu həyasız tələbinə müsbət cavab verənlərin dəliliyi bundan daha böyükdür.
Bəhreyn İslam Hərəkatının rəhbəri dinə, millətçiliyə, vətənpərvərliyə, ləyaqətə, ədalətə və həyatın yalnız onların sayəsində möhkəm əsaslar üzərində qurula biləcəyi prinsiplərin bütövlüyünə heç bir dəyər verməyən bütün rəsmi hakimiyyət sistemlərinə, bütün xalqlara, partiyalara və ictimai qurumlara xəbərdarlıq edərək deyib: “Qoy bütün müqəddəs dəyərlər, prinsiplər və xalqların və cəmiyyətlərin onsuz yaşaya bilmədiyi hər şey sizin üçün dəyərsiz olsun. Onların heç birinə əhəmiyyət verməyin, qoyun humanitar faciələr sizin üçün kiçik və əhəmiyyətsiz görünsün və yalnız dul qadınların və yetimlərin çəkdiyi müsibətlərə, bütün şərəfli və ləyaqətli insanların üzləşdiyi faciələrə və müqəddəsliklərin tapdalanmasına tamaşa etməklə kifayətlənin.
O vurğulayıb: Lakin özünüzü, dünyanızı, hakimiyyətinizi, həyatınızı və varlığınızı sizin üçün mühüm hesab edin. Çünki bütün bunlar Amerika siyasətinin, ABŞ Prezidentinin və onun partiyasının sonsuz tamahlarının hədəfindədir və onların tərəfindən təhdid olunur. Bütün bunlar isə insan ləyaqətini və insanın özünü kiçiltməyə əsaslanan Amerika maraqlarının qarşısında cərgələnmək üçün yalnız bir vasitədir.
Ayətullah Qasim möminlərə müraciət edərək deyib: Lakin siz — uca və əzəmətli Allaha, onun Peyğəmbərinə və dininə iman gətirənlər, bu iman sayəsində izzət, ləyaqət və qürurla zəngin olanlar, yüksək əxlaq, insani məhəbbət, haqq yolunda fədakarlıq ruhu, ədalət, əzəmət və şərəf zirvəsini nümayiş etdirənlər! Sizin Allaha, onun Peyğəmbərinə və dininə olan səmimi imanınız, eləcə də bu iman, ilahi hidayətə əsaslanan bağlılıq və tərbiyənin sizə bəxş etdiyi yüksək məqam sizi haqqı, həqiqəti və ədaləti müdafiə etmək, fironluğa, istibdada, yer üzündə fəsad və dağıntının yayılmasına və həyatın əsaslarının məhvinə qarşı mübarizə aparmaq üçün yardım çağırışı səsləndirməkdən çəkindirmir.
O qeyd edib: Bu gün dünyanı xilas etməyin birlikdən başqa yolu yoxdur və mərkəzində İslamın dayandığı birlikdən başqa heç bir xilas yolu mövcud deyil. Sizin bağlı olduğunuz, ona müraciət etdiyiniz və az və ya çox, dəyərli və əziz olan hər şeyinizi onun yolunda fəda etdiyiniz İslamdan başqa heç bir xilas yolu yoxdur.
Təhlükə pusqudadır; buna görə də nə gözləmək olar, nə də ləngiməyə yol vermək mümkündür.
Bəhreyn İslam Hərəkatının rəhbəri gecikmədən əvvəl bütün möminlərin və dünyanın bütün azad insanların sürətlə səfərbər edilməsinin zəruriliyini vurğulayaraq əlavə edib: İslam yer üzünü doldurmaq və müharibəyə başlamaq istəmir ki, bir zülmü başqa bir zülmlə, bir zalımı isə başqa bir zalımla əvəz etsin. Çünki İslam yalnız ədalətin bərqərar edilməsi və haqqın öz sahibinə qaytarılması vacib olduqda müharibə aparır və yer üzündə, eləcə də bütün dünyada şər və fəsadın kökünü kəsmək üçün mübarizə aparır.
Rəyiniz